09:00 - 18:00

Our Opening Hours Mon. – Fri.

Call Us For Free Consultation

 

Facebook

Twitter

Search
 
Alliance > Legislation  > Cultural Schemas  > Sənədlərə apostilin verilməsi və ya onun leqallaşdırması nə deməkdir?

Sənədlərə apostilin verilməsi və ya onun leqallaşdırması nə deməkdir?

Bir ölkənin ərazisində verilmiş və hüquqi qüvvəyə malik olan sənədlər müvafiq qaydada rəsmiləşdirildikdən sonra digər ölkənin ərazisində istifadə oluna bilər. Hazırda belə rəsmiləşdirmənin iki növü mövcuddur: apostilin verilməsi və konsul leqallaşdırması.
Apostil sənədi imzalamış şəxsin imzasının həqiqiliyini, bu şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə həmin sənədə vurulmuş möhür və ya ştampın həqiqiliyini təsdiq edir.
Apostilin özündə edilmiş imza, vurulmuş möhür və ştampın yenidən təsdiq edilməsi və ya leqallaşdırması tələb olunmur.
Konsul leqallaşdırması sənədlərdəki və aktlardakı imzaların həqiqiliyini və bu sənəd və aktların konsulluğun yerləşdiyi dövlətin qanunlarına uyğun olmasını müəyyənləşdirmək və təsdiq etməkdən ibarətdir.

2. Apostilin verilməsi ilə leqallaşdırma arasında fərq nədədir?

Leqallaşdırma daha uzun müddətli prosedur olaraq bir neçə qurumların təsdiqini zəruri edir.
Leqallaşdırma:
• sənədin istifadə olunması nəzərdə tutulmuş xarici dövlətin konsulluğu tərəfindən təsdiq edilməsini nəzərdə tutur;
• leqallaşdırılmış sənəd yalnız onu rəsmiləşdirmiş dövlətin ərazisində istifadə oluna bilər.
Apostilin verilməsi isə birpilləli prosedur olmaqla sənədin yalnız bir orqan tərəfindən təsdiq olunmasını nəzərdə tutur və həmin sənəd “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən” 5 oktyabr 1961-ci il tarixli Haaqa Konvensiyaya üzv olan bütün dövlətlərdə təqdim edilə bilər.

3. Hansı sənədlərə apostil verilir?

Hansı sənədlərə apostilin verilməsini “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən” Haaqa Konvensiyanın üzvü olan hər dövlət özü müəyyən edir. Ümumilikdə aşağıdakı sənədlərə apostil verilir:
• dövlət orqanları tərəfindən verilən sənədlər;
• məhkəmə sənədləri;
• notariat qaydasında təsdiq edilmiş sənədlər ( o cümlədən hüquqi şəxs tərəfindən verilmiş sənədlərin notariat qaydasında təsdiq edilmiş surət və ya tərcümələri; fiziki şəxsin imzaladığı sənədlər, əgər onun imzası notariat qaydasında təsdiq edilibsə).

4. Hansı orqan tərəfindən sənədlərə apostil verilir?
Ədliyyə Nazirliyi aşağıdakı sənədlərə münasibətdə apostil verilməsi üzrə səlahiyyətli orqan qismində müəyyən edilmişdir:
• məhkəmələrin verdiyi sənədlər;
• prokurorluq orqanlarının sənədləri;
• ədliyyə orqanlarının sənədləri;
• notariat qaydasında təsdiq edilmiş sənədlər;
• vətəndaşlıq vəziyyətinin dövlət qeydiyyatına sənədlər.
Digər sənədlərə münasibətdə isə apostil verilməsi üzrə səlahiyyətli orqan qismində Xarici İşlər Nazirliyi müəyyən edilmişdir.

5. Hansı orqan tərəfindən sənədin leqallaşdırması həyata keçirilir?

Konsul leqallaşdırması üzrə funksiyalar Azərbaycan Respublikasında Xarici İşlər Nazirliyinin Konsulluq idarəsi, xarici ölkələrdə Azərbaycan Respublikasının konsulluqları tərəfindən həyata keçirilir.
Sənədin əslinin konsul leqallaşdırması üçün Xarici İşlər Nazirliyinə müraciət edilməlidir.
Sənədin surətinin və ya tərcüməsinin leqallaşdırması üçün ilk növbədə onun surəti və tərcüməsində tərcüməçinin imzasının həqiqiliyi notarius tərəfindən təsdiq edilir. Bu sənəddə notariusun imzasının həqiqiliyi və möhürün həmin notariat kontoruna məxsus olması Ədliyyə Nazirliyi tərəfindən təsdiqlənir. Bundan sonra sənəd Xarici İşlər Nazirliyinin Konsulluq idarəsində və ərazisində istifadə olunacaq dövlətin ölkəmizdəki konsulluq xidmətində leqallaşdırılır.

6. Hansı sənədlərə apostil verilmir?

Diplomatik və konsul agentləri tərəfindən tərtib edilmiş sənədlərə, gömrük və kommersiya əməliyyatlarına bilavasitə aid olan inzibati sənədlərə apostil verilmir.

7. Hansı ölkələrdə apostil deyil leqallaşdırma tətbiq edilir?

“Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”ya üzv olmayan dövlətlər üçün sənədlərin leqallaşdırılmasl proseduru tətbiq edilir.

8. Apostilin verilməsi müddəti

Sənədlər Ədliyyə Nazirliyinə daxil olduqdan 5 iş günü müddətində yoxlanıldıqdan sonra onlara apostil verilir.
Düzgün tərtib olunmamış sənədlər apostil verilmədən qaytarılır.
Apostilin verilməsi üçün təqdim edilmiş sənədlərin əlavə yoxlanılması tələb edildikdə, eləcə də sənədlərin sayı 10-dan artıq olduqda apostilin verilməsi müddəti 5 gün və ya daha artıq müddətə uzadıla bilər.

9. Apostil verilməsi və ya leqallaşdırma üçün sənədlərin verilməsi.

Apostilin verilməsi və ya leqallaşdırma sənədin əsli və ya onun notariat qaydasında təsdiq edilmiş surət və yaxud tərcüməsinə münasibətdə həyata keçirilə bilər.
Sənəd aşağıdakı qaydada Ədliyyə Nazirliyinə təqdim oluna bilər:
• bilavasitə sənəd sahibi tərəfindən;
• notariat kontorları vasitəsi ilə;
• “ASAN xidmət” mərkəzləri vasitəsi ilə;
• üçüncü şəxslər tərəfindən.

10. Apostilin verilməsi üçün sənədlərə dair tələblər
Apostilin verilməsi üçün təqdim edilən sənədlərə hər hansı əlavə məlumatın daxil edilməsinə, sona qədər tamamlanmamış sətirlərə və digər boş yerlərə xətt çəkilməsinə yol verilmir.
Tərkibi bir neçə vərəqdən ibarət olan sənədlər tikilməli, vərəqlər nömrələnməli, sənədi verən vəzifəli şəxs tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir.
Sənəd, ona rəsmi xarakter və hüquqi qüvvə verilməsi məqsədilə rəsmiləşdirilməlidir. Rəsmiləşdirmə sənədin imzalanması, təsdiq edilməsi, qeydə alınması və ona möhür vurulması vasitəsilə həyata keçirilir.
İmzanın tərkibinə sənədi imzalamış şəxsin vəzifəsinin adı, onun şəxsi imzası, adı və soyadı daxildir. Sənədi imzalamalı olan vəzifəli şəxs müvəqqəti işdə olmadıqda, sənədi onun müavini və ya səlahiyyətlərini icra edən şəxs imzalayır. Bu zaman sənədi imzalamış şəxsin faktiki vəzifəsi, adı və soyadı göstərilməlidir. Sənədi “əvəzinə” sözünü yazmaqla və ya vəzifənin adının qabağına xətt çəkməklə imzalamaq qadağandır.
Qeyd: Qanunvericiliyin tələblərinə uyğun olaraq pozuntu və qaralaması olan, təsdiq edilməmiş əlavələri olan sənədlərin, zədələndiyinə görə mətninin oxunması mümkün olmayan, yaxud karandaşla yazılmış sənədlərin notariat hərəkətlərinin aparılması üçün qəbul edilməsi qadağandır.
Notariat qaydasında təsdiq edilən əqdlərin və sənədlərin mətnləri aydın və dürüst yazılmalı, sənədin mətninə aid olan tarixlər və müddətlər heç olmasa bir dəfə sözlərlə, hüquqi şəxslərin adları isə onların orqanlarının ünvanını göstərməklə ixtisarsız yazılmalıdır.
Fiziki şəxslərin adı, soyadı və atasının adı tam yazılmalı, onların yaşayış yeri göstərilməlidir.
Əgər bir neçə vərəqdə ifadə olunmuş sənədlər nömrələnməmiş, qaytanlanmamış, vəzifəli şəxsin imzası ilə və sənədi verən idarənin, müəssisəsinin və təşkilatın möhürü ilə təsdiq edilməmişsə, bu sənədlər də qəbul edilmir.

11. Apostilin verilməsi və ya leqallaşdırma üçün dövlət rüsumu
Bir sənədə apostilin verilməsinə görə dövlət rüsumu 10 manat təşkil edir.
Leqallaşdırma üçün təqdim olunan sənədin təsdiqinə görə dövlət rüsumu nəzərdə tutulmamışdır.

12. Apostil verilməsi üçün sənədin hazırlanması və təqdim edilməsində səlahiyyətli olan qurumların siyahısı:

13. “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”ya üzv olan dövlətlər
“Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”ya üzv olan dövlətlərin siyahısı Beynəlxalq Xüsusi Hüquq üzrə Haaqa Konfransının rəsmi internet saytında(https://www.hcch.net/…/instrumen…/conventions/authorities1/…) yerləşdirilmişdir.

1. Albaniya
2. Andorra
3. Antiqua və Barbuda
4. Argentina
5. Avstraliya
6. Avstriya
7. Azərbaycan
8. Baham
9. Bəhreyn
10. Barbados
11. Belarus
12. Belgiya
13. Beliz
14. Bosniya və Hersoqovina
15. Botsvana
16. Braziliya
17. Bruney
18. Bolgarıstan
19. Burundi
20. Cape Verde
21. Çili
22. Çin (Hong Kong)
23. Çin (Makao)
24. Kolumbiya
25. Kuk Adaları
26. Kosta Rika
27. Xorvatiya
28. Kipr
29. Çex Respublikası
30. Danimarka
31. Dominika
32. Dominikan Respublikası
33. Ekvador
34. El Salvador
35. Estoniya
36. Fici
37. Finlandiya
38. Fransa
39. Gürcüstan
40. Almaniya
41. Yunanıstan
42. Qrenada
43. Qvatemala
44. Honduras
45. Macarıstan
46. İslandiya
47. Hindistan
48. İrlandiya
49. İzrail
50. İtaliya
51. Yaponiya
52. Qazaxıstan
53. Koreya
54. Kosovo
55. Qırğızıstan
56. Latviya
57. Lesoto
58. Liberiya
59. Lixtenşeyn
60. Litva
61. Luksemburq
62. Malavi
63. Malta
64. Marşal Adaları
65. Mauritius
66. Meksika
67. Monako
68. Monqolıstan
69. Montenegro
70. Mərakeş
71. Namibiya
72. Niderland
73. Yeni Zelandiya
74. Nikaraqua
75. Niue
76. Norveç
77. Oman
78. Panama
79. Paraqvay
80. Peru
81. Polşa
82. Portuqaliya
83. Moldova
84. Rumıniya
85. Rusiya
86. Sen Kits və Nevis
87. Sent-Lusiya
88. Seynt Vinsent və Qrenadin
89. Samoa
90. San Marino
91. San-Tome and Prinsipi
92. Serbiya
93. Seyşel
94. Slovakiya
95. Sloveniya
96. Cənubi Afrika
97. İspaniya
98. Surinam
99. Svazilend
100. İsveç
101. İsveçrə
102. Tacikistan
103. Makedoniya
104. Tonqa
105. Trinidad və Tobaqo
106. Türkiyə
107. Ukrayna
108. Böyük Britaniya
109. Amerika Birləşmiş Ştatları
110. Uruqvay
111. Özbəkistan
112. Vanuatu
113. Venesuela

Qeyd: Almaniya Federativ Respublikasının “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”nın iştirakçısı olduğuna baxmayaraq həmin ölkəyə münasibətdə apostilin verilməsi deyil leqallaşdırma qaydası tətbiq edilir.

No Comments

Sorry, the comment form is closed at this time.