Tələbə və məzunlar üçün nəzərdə tutulmuş təcrübə proqramın əsas məqsədi, karyerasında ilk addımlarını atmağa başlayan gəncləri, Azərbaycanın nüfuzlu və innovativ hüquq şirkətlərindən birində iş mühiti ilə tanış etmək, praktiki biliklərlə təmin etmək və onların işə hazırlıq bacarıqlarını inkişaf etdirməkdir.
Təcrübə Proqramında iştirak etməklə təcrübəçi, təhsil müəsissəində əldə etdiyi nəzəri bilik və bacarıqlarını praktiki biliklərlə mükəmməlləşdirmə şansı qazanacaqdır.
Təcrübəçilər adətən şirkətə yeni və qabaqcıl ideya və təkliflər gətirdikləri üçün ALC təcrübəçilərin gözü ilə öz iş fəaliyyətinə və istifadə etdiyi metodlara yenidən baxmaq imkanı əldə etmiş olur.
Təcrübə müddətində gənclər, ALC-nin aparıcı mütəxəssisləri arasından seçilmiş təcrübə rəhbərləri vasitəsilə müvafiq bilik və bacarıqlara yiyələnərək ALC-nin ümumi strukturunu və iş prinsiplərini öyrənəcək, eyni zamanda , effektiv kommunikasiya, özünü kəşfetmə, hüquq elminin müxtəlif sahələri, İqtisadiyyat, Maliyyə və digər mövzularda praktiki biliklər əldə edəcəklər.
Təcrübə proqramı başa çatdıqda, bütün iştirakçılar qiymətləniriləcək və layihədə iştirak etdiklərini təsdiq edən sənədlə (sertifiaktla) təltif olunacaqlardır.
Təcrübə Proqramında iştirak etmək üçün elektron ərizə formasını doldurub bizə göndərin.
Seçimdən uğurla keçən namizədlərə ALC tərfindən müvafiq bildiriş göndəriləcəkdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi
No Comments
Sorry, the comment form is closed at this time.