09:00 - 18:00

Iş vaxtları – Baz.er. – Cümə.

Pulsuz Konsultasiya

 

Facebook

Twitter

Axtar
 

Mühasibatlıq və Audit xidmətləri

Alliance > Xidmətlər > Mühasibatlıq və Audit xidmətləri

Mühasibatlıq və Audit xidmətləri

Mühasibat uçotunun düzgün aparılması ilə bağlı məsələlər, həm yerli həmdə  xarici şirkətlər üçün olduqca aktual mövzudur.

Öz biznesinə yenicə başlayan şirkətlər, ştatda yüksək ixtisaslı mühasibi saxlamaq imkanlarına malik deyillər, təcrübəsiz mühasiblərin isə xidmətləri ciddi problemlərə gətirib çıxarır.

 

ALC Mühasibat, vergi, audit və kadrlar uçotu kimi sahələrdə kifayət qədər təcrübəyə və resurslara malikdir.

Mühasibat xidməti üzrə xidmətlərin reallaşdırmasında, ALC öz mütəxəssisini müştəri ofisinə ezam edə bilər, və ya ALC ofisindən bütün lazımi əməliyyatların məsafəli icraatını həyata keçirilməsi mümkündür.

 

ALC-nin xidmətlərindən istifadə etməklə siz, mühasibat uçotunun aparılması xərclərini azaldacaq, mühasibat, vergi və statistik hazırlanması və müvafiq dövlət orqanlarına vaxtı-vaxtında təqdim olunması ilə bağlı sıxıntı yaşamayacaq, həmçinin Vergi və mühasibat qanunvericiliyinin pozulmasıyla bağlı cərimələrdən qorunacaq, maliyyə və mühasibat işləri ilə bağlı konsultasiyalar alacaqsınız.

Mühasibatliq Xidmətlərimizə aşağıdakılar daxildir:

  • Mühasibat autsorsinqi
  • Rüblük və illik hesabatların müvafiq dövlət orqanlarıa (Vergilər, Əhalinin Sosial Müdafiəsi Fondu, Statistika İdarəsi, Məşğulluq İdarəsi) təqdim edilməsi.
  • Mühasibat uçotunun aparılması üzrə konsultasiyalar.
  • Müəssisənin əsas vasitələrinin inventarizasiyasının keçirilməsi.
  • Debitor və kreditor borcunun analizi və inventarizasiyası.
  • Vergi qoyma üzrə məsləhət.
  • Vergi planlaşdırılması (mühasibat ekspertizasının keçirilməsi, vergi qoymanın optimallaşdırılmasının həlli haqqında məsləhət).
  • Vergi yoxlamalarının keçirilməsi vaxtı təşkilatın maraqlarının təmsil olunması, vergi yoxlamasının aktlarına etirazların hazırlanması .
  • Şirkətin hesabat siyasətinin hazırlanması və ilkin hesabat sənədlərinin tərtibi.
  • Müəssisənin kadrlar uçotunun aparılması.

Audit xidmətlərimizə aşağıdakılar daxildir:

  • Müəssisənin maliyyə və yoxlama fəaliyyətinin qiymətləndirilməsi.
  • Müəssisənin iqtisadi effektivliyinin öyrənilməsi.
  • Qanunlara və tənzimləyən aktlara, həmçinin daxili siyasətə və şirkətin proseduralarına uyğun maliyyə fəaliyyətinin və maliyyə sənədləşməsinin icmalı.
  • Əsas təşkilat sistemlərinin icmalı və bu sistemlərin köklü sürətdə yenidən qurulması və ya təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması.
  • Maliyyə hesabatının aparılması.

No Comments

Sorry, the comment form is closed at this time.