09:00 - 18:00

Iş vaxtları – Baz.er. – Cümə.

Pulsuz Konsultasiya

 

Facebook

Twitter

Axtar
 

Məhkəmə, Arbitraj və Mübahisələrin alternativ həlli üsulları

Alliance > Xidmətlər > Məhkəmə, Arbitraj və Mübahisələrin alternativ həlli üsulları

Məhkəmə, Arbitraj və Mübahisələrin alternativ həlli üsulları

ALC Azərbaycan məhkəmə praktikasında yüksək səviyyəli xidmətlər təqdim edir. Bizim komanda təcrübəli, Azərbaycanda və xarici ölkələrdə ixtisaslaşmış hüquqşünaslardan təşkil edilib. Biz müştərilərimizi Azərbaycan Respublikasının bütün məhkəmə instansiyalarında təmsil edirik, həmçinin müştərilərimizə beynəlxalq arbitrajlarda və mübahisələrin məhkəmədən kənar həllində məsləhət verir və onlara köməklik edirik. Xidmətlərimizə aşağıdakılar daxildir:

 

1) Bütün (Mülki, inzibati, iqtisadi və sairə) Məhkəmə mübahisələrinə dair xidmətlərin göstərilməsi.

 

2) Mübahisələrin alternativ həlliüsulları(vasitəçilik və arbitraj)
ALC mümkün olan bütün hallarda müştərilərinə riskləri idarə etməyə və məhkəmədən yayınmağa kömək edir. Məhkəmə, arbitraj və mübahisələrin digər həlli üsulları ilə əlaqədar müştərilərə məsləhət verərkən və onları təmsil edərkən müştərilərin kommersiya məqsədlərinə çatmalarına kömək etmək, həmçinin optimal prosessual taktikanın və mübahisələrin həllinə yaradıcı yanaşmanın hazırlanması üçün ALC bütün mərhələlərdə hər bir işin hüquqi, kommersiya, tənzimləyici və nüfuza zərər verə biləcək risklərini qiymətləndirir.

 

Bizim hüquqşünaslar mübahisələri ən əlverişli üsulla – vasitəçilik, məhkəmə araşdırması və ya ekspertlərin iştirakı ilə həll edirlər.

Biz müştərilərimizə arbitraja müraciət etmənin müsbət və mənfi tərəfləri barədə, mövcud olan müxtəlif coğrafi seçimlər barədə və müxtəlif müqavilələr, tərəflər, yurisdiksiyalar və hüquq sistemlərinin tələblərinə uyğun olaraq arbitraj maddələrinin hazırlanması üçün seçimlər barədə məsləhət verir və xidmət göstəririk.

No Comments

Sorry, the comment form is closed at this time.