Azərbaycanın 3 sənaye parkı "TOP-10" reytinqində yer alıb

Xəbərlər

Azərbaycanın 3 sənaye parkı "TOP-10" reytinqində yer alıb

Azərbaycanın 3 sənaye parkı "TOP-10" reytinqində yer alıb

İqtisadi Zonaların İnkişafı Agentliyinin
(İZİA) idarəçiliyində olan Mingəçevir, Pirallahı, Qaradağ sənaye
parkları 40 sənaye parkı arasında ilk onluqda yer alıb.
İZİA-dan AZƏRTAC-a bildirilib ki, bu
barədə “BIK Ratings” agentliyinin hazırladığı siyahıda qeyd edilib. Belə
ki, sənaye parklarının reytinq siyahısında Azərbaycanla bərabər,
Belarus, Qazaxıstan, Latviya, Litva, Moldova, Polşa, Rusiya, Özbəkistan
və Estoniya yer alıblar.
Reytinq hazırlanarkən, sənaye parklarının
vergi mühiti, infrastrukturu, ölkəyə giriş şəraiti, ölkədə insan
inkişafı indeksi, makroiqtisadi və siyasi mühit üzrə göstəricilər təhlil
edilib. Nəticədə ilk onluğa İqtisadi Zonaların İnkişafı Agentliyinin
idarəçiliyində olan Mingəçevir Sənaye Parkı (3-cü yer), Pirallahı Sənaye
Parkı (7-ci yer) və Qaradağ Sənaye Parkı (10-cu yer) daxil olublar. Bu
reytinqdə ilk yeri “Velikiy Kamen” Çin-Belarus Sənaye Parkı tutub

ALC Chatbot ilə Söhbət

Salam! 👋
Bu gün sizə necə kömək edə bilərəm?
WhatsApp Logo