ARDNF və Ərəb Enerji Fondu (“TAEF”) “PAL Cooling Holding” şirkətinə birgə sərmayə yatırıb

Xəbərlər

ARDNF və Ərəb Enerji Fondu (“TAEF”) “PAL Cooling Holding” şirkətinə birgə sərmayə yatırıb

ARDNF və Ərəb Enerji Fondu (“TAEF”) “PAL Cooling Holding” şirkətinə birgə sərmayə yatırıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) və Ərəb Enerji Fondu (“TAEF”), “CVC DIF” ilə tərəfdaşlıq çərçivəsində “PAL Cooling Holding” (“PAL”) şirkətinin 50%-lik payının əldə edilməsi üçün yaradılmış müştərək investisiya strukturuna sərmayə qoyublar.

Bu əməkdaşlıq regionda enerji səmərəliliyini artıran infrastruktur layihələrinin inkişafına yönəlmiş ortaq strateji yanaşmanı əks etdirir. Üç böyük institusional investorun kapital gücü və təcrübəsinin birləşməsi “PAL”ın əməliyyat dayanıqlığını gücləndirməklə yanaşı, şirkətin uzunmüddətli inkişaf strategiyasının icrasına dəstək verəcək. Layihədə BƏƏ-nin bu sahədə ilk şirkəti olan “Tabreed” də 50%-lik payını saxlayaraq öz unikal təcrübəsi ilə iştirak edir.

“PAL Cooling Holding” BƏƏ-də mərkəzləşdirilmiş soyutma xidmətləri üzrə ikinci ən böyük operatordur və 45 mindən çox müştəriyə xidmət göstərir.

#ARDNF #SOFAZ #TheArabEnergyFund #CVC #Tabreed #PALCoolingHolding #İnvestisiya #EnerjiSəmərəliliyi #BƏƏ #İnfrastruktur #AllianceLegalCenter #JamshidSardarli #Джамшид Сардарлы

ALC Chatbot ilə Söhbət

Salam! 👋
Bu gün sizə necə kömək edə bilərəm?
WhatsApp Logo