Həmtəsisçisi

Profil

Sərvər Süleymanlının beynəlxalq şirkətlər, banklar və dövlət şirkətləri lehinə və əleyhinə bir çox uğurlu məhkəmə işi olub. O, xeyli sayda yerli biznesə müxtəlif hüquqi məsələlərdə kömək edib. Sərvər Süleymanlının yanaşması hədəflərinizə çatmağa yönəlmiş aydın və ardıcıl iş strategiyası hazırlamazdan əvvəl konkret məsələ ilə bağlı diqqətlə araşdırma aparmaqdır.

Təhsil

Mülki hüquq üzrə fəlsəfə doktoru (İstanbul Universiteti və Səlcuq Universiteti, Türkiyə).

Hüquq kafedrasının dosenti (Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası).

Təcrübə Sahələri

Alliance Hüquq Mərkəzinin həmtəsisçisi.

Azərbaycanda korporativ və kommersiya hüququ üzrə ən ixtisaslı mütəxəssislərdən biridir.

Böyük pedaqoji təcrübəyə malik olmaqla yanaşı, 40-dan artıq elmi əsərin, o cümlədən “Mülkü hüququn əsasları” kitabının müəllifidir.

Sərvər Süleymanlının elmi əsərləri, fikirləri və təkliflərinin Azərbaycan məhkəmə hüquq təcrübəsinin köklü şəkildə dəyişməsində böyük rolu vardır.

Azərbaycan Respublikası Ali Məhkəməsinin və Konstitusiya Məhkəməsinin elmi şurasının üzvüdür.

Azərbaycan Respublikasında qəbul olunan bir çox qanun layihələrinə rəy bildirmişdir.