Azərbaycanın Qarabağ iqtisadi rayonunda yerləşən Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarı dayandırılıb.
“Qafqazinfo” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə “Base Metals” şirkəti məlumat yayıb.
Məlumata görə, şirkət ekoloji ekspertiza üçün beynəlxalq təşkilatlara müraciət etmək qərarına gəlib.
Müraciət qısa zamanda araşdırılması üçün BMT-nin müvafiq strukturlarına və aidiyyəti beynəlxalq təşkilatlara göndərilib.
Qeyd edək ki, Xankəndi-Laçın yolunun Şuşadan keçən hissəsində Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı etiraz aksiyası 17 gündür ki, davam edir.