Qərar bir sıra ərzaq məhsullarının və onların istehsalında istifadə olunan malların ixracına dair tənzimləmənin əhatə dairəsinin optimallaşdırılması və qüvvədə olma müddətinin uzadılması məqsədilə qəbul edilib.
Nazirlər Kabineti “Minimum istehlak səbətinə daxil olan bir sıra əsas ərzaq məhsullarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən daşınmasının tənzimlənməsi ilə bağlı tədbirlər haqqında” 18 mart 2022-ci il tarixli qərarında dəyişiklik edib.
Bununla bağlı Baş Nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, gömrük ərazisindən keçirilməsi müvəqqəti tənzimlənən malların siyahısı dəyişdirilib.