2022-ci ilin yanvar-noyabr aylarında “Azərkosmos” dünyanın 41 ölkəsinə 24 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edib.

 

“İxrac İcmalı”nın dekabr sayında qeyd olunur ki, “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirinin 82 faizini təşkil edib. 2022-ci ilin noyabr ayında “Azərkosmos” dünyanın 34 ölkəsinə 2,3 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

 

2022-ci ilin yanvar-noyabr aylarında peyk telekommunikasiya və optik peyk xidmətləri ixracatının ilk beşliyi 6 milyon ABŞ dolları ilə Böyük Britaniya, 5.3 milyon ABŞ dolları ilə Fransa, 4 milyon ABŞ dolları ilə Lüksemburq, 2.1 milyon ABŞ dolları ilə BƏƏ və 1.3 milyon ABŞ dolları ilə Pakistandır. ABŞ DOLLARI.