Ümumi dəyəri 15 min manatdan çox olan daşınar əmlakın alqı-satqısı yalnız nağdsız qaydada həyata keçiriləcək.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Nağdsız hesablaşmalar haqqında” qanuna təklif edilən yeni 3.4.16-cı maddədə əksini tapıb.

Layihəyə əsasən, rəsmi reyestrlərdə qeydə alınan (avtomobil satışı istisna olmaqla) ümumi məbləği 15 min manatdan çox olan daşınar əmlakın alqı-satqısı üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçiriləcək.

Qanun qəbul olunarsa, 2023-cü il fevralın 1-dən qüvvəyə minəcək.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.