Whatsapp

Ayşegül Akköprü

Profil:

Ayşegül Akköprü, Korporativ və Kommersiya hüququ ilə yanaşı, miqrasiya hüququ və prosedurları sahəsində hüquq məsləhətçisidir. O, Türkiyənin Uludağ Universitetində təhsil almış, hazırda Bakı Dövlət Universitetində Hüquqşünaslıq üzrə bakalavr təhsilini davam etdirir. Ayşegül Akköprü, müştərilərinə hüquqi məsələlərdə həm nəzəri, həm də praktik biliklər tətbiq edərək onların qarşılaşdıqları çətinlikləri asanlıqla aradan qaldırmalarına dəstək olur.

Təhsil:

  • Uludağ Universiteti (Türkiyə) – Türk Dili və Ədəbiyyatı
  • Bakı Dövlət Universiteti – Hüquqşünaslıq, bakalavr dərəcəsi

 

Peşəkar Bacarıqlar:

Ayşegül Akköprü, Korporativ və Kommersiya hüququ sahəsində biliklərə malikdir və müştərilərinə şirkət qeydiyyatı, iş icazələri, viza məsələləri, müvəqqəti və daimi yaşayış icazələri kimi sahələrdə hüquqi məsləhətlər təqdim edir. 

Hazırkı Vəzifəsi:

Hal-hazırda Alliance Legal Center-də kiçik hüquqşünas olaraq fəaliyyət göstərən Ayşegül Akköprü, müştərilərinə yüksək keyfiyyətli hüquqi xidmətlər göstərir. Onun peşəkar yanaşması, yerli və beynəlxalq miqrasiya məsələlərini həll edərək xarici iş adamlarının Azərbaycanda biznes qurmasına və miqrasiya ilə bağlı problemlərin aradan qaldırılmasına dəstək verir.