Whatsapp

Cəmşid Sərdarlı

Profil:

Allince Legal Center şirkətinin həmtəsisçisi və direktoru olan Cəmşid Sərdarlı, Korporativ və Kommersiya Hüququ sahələrində 18 ildən çox təcrübəyə malik, ixtisaslaşmış peşəkar hüquqşünasdır.

Karyerasına Böyük Britaniyada başlayan Cəmşid Sərdarlı, daha sonra Azərbaycanda biznes, vergi, maliyyə, əqli mülkiyyət, daşınmaz əmlak və miqrasiya hüququ sahələrində fəaliyyətini genişləndirərək, bir çox nüfuzlu şirkətlərdə müxtəlif vəzifələrdə çalışmışdır.

Beynəlxalq layihələrdə və proqramlarda müvəffəqiyyətlə iştirak, hüquqi məsələlərə yanaşmasının hər zaman sistemli və hədəf yönümlü olması, müştərilərinin xüsusi ehtiyaclarına uyğun strateji yanaşmalar və effektiv hüquqi həllər təklif etməsi ona böyük nüfuz qazandırmışdır.  

Kommersiya hüququ, vergi, enerji, infrastruktur və maliyyə sahələrindəki geniş təcrübəsi, onun Azərbaycanın aparıcı şirkətləri və xarici investorların tələblərinə uyğun yüksək keyfiyyətli hüquqi xidmətlər təqdim etməsini təmin etmişdir

Dil Bilikləri:

Cəmşid Sərdarlı, ingilis, Türk və rus dillərini yüksək peşəkar səviyyədə bilir, bu da ona beynəlxalq hüquqi məsələlərdə effektiv şəkildə iştirak etməyə və qlobal əməkdaşlıq qurmağa imkan verir.

Təhsil və Karyera İnkişafı:

Cəmşid Sərdarlı, təhsilini yüksək səviyyəli universitetlərdə tamamlamış, həmçinin müxtəlif beynəlxalq hüquq təcrübə və təkmilləşdirmə proqramlarında iştirak etmişdir. Onun məqsədi, hüquq sahəsində həm şəxsi, həm də peşəkar inkişafı təmin edərək, bu sahəyə müsbət təsir göstərmək olmuşdur.

•         Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası – Hüquq

•         Westminster Universiteti - Kommersiya Hüququ LLM

•         Almaniya Federativ Respublikası, İqtisadiyyat və Texnologiyalar Nazirliyi, (Köln-Almaniya) Menecer Hazırlığı Proqramı

•         BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı (OHCHR)

•         Avropa Şurası /Avropa İttifaqının Birgə Proqramı

Peşəkar Təcrübə:

Cəmşid Sərdarlı, güclü liderlik və strateji düşünmə qabiliyyətləri ilə seçilir. Bizneslərə məsləhət verərkən, yüksək analitik və təhlil bacarıqları ilə müştərilərinə optimal həllər təqdim edir. Onun peşəkar fəaliyyəti, əsasən kommersiya hüququ, maliyyə, vergi, daşınmaz əmlak və enerji sahələrindəki geniş təcrübəyə əsaslanır. Eyni zamanda, yerli və beynəlxalq şirkətlərə hüquqi məsələlər üzrə məsləhətlər verərək, onların biznes əməliyyatlarını daha effektiv və müasir idarəetmə yanaşmalarına uyğun şəkildə optimallaşdırmışdır. Beynəlxalq hüquqi məsələlərdəki zəngin təcrübəsi, ona geniş əməkdaşlıq əlaqələri qurma bacarığı qazandırmışdır.