Rəşad Sultanov
Profil:
Rəşad Sultanov, 15 ildən çox təcrübəyə malik Baş Vergi Məsləhətçisi və vergi sahəsində ixtisaslaşmış peşəkar mütəxəssisdir. Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin Maliyyə Kredit ixtisası üzrə məzunu olan Rəşad Sultanov, peşəkar fəaliyyətinə dövlət sektorunda başlamış və uzun illər boyunca Dövlət Vergi Xidmətində müxtəlif vəzifələrdə çalışmış, həmçinin Azərbaycandakı iri şirkətlərdə təcrübə qazanaraq geniş biliklər əldə etmişdir. Bu təcrübə ona vergi qanunvericiliyinin tətbiqi, vergi optimallaşdırılması və risklərin idarə edilməsi sahəsində dərindən bilik və praktiki təcrübə qazandırmışdır.
Təcrübə Sahələri:
Rəşad Sultanov, vergi sahəsində dərin anlayışa malik olmaqla, yerli və beynəlxalq şirkətlərə effektiv vergi strategiyaları təklif edir. Onun məqsədi müştərilərinin vergi risklərini minimuma endirmək və onların fəaliyyətlərini daha da optimallaşdırmaqdır. Peşəkar yanaşması, vergi qanunvericiliyinin tətbiqi və optimallaşdırılmasında yüksək səviyyəli məsləhətlər verməyə yönəlib.
Akademik Fəaliyyət:
Rəşad Sultanov həm də peşəkar təlimçi kimi fəaliyyət göstərir. Vergi qanunvericiliyi, maliyyə strategiyaları və biznes idarəçiliyi sahələrində müxtəlif təlimlər və seminarlar təşkil edir. Bu təlimlərdə, iştirakçılara praktiki yanaşmalar və real iş təcrübələri ilə qiymətli biliklər qazandırır, onların praktiki bacarıqlarını inkişaf etdirməyə kömək edir.
Ali Təhsil:
- Azərbaycan Dövlət İqtisadiyyat Universiteti – Maliyyə Kredit ixtisası
Dil Bilikləri:
- Rus dili (yüksək peşəkar səviyyə)
- Türk dili (yüksək peşəkar səviyyə)