Şirin Səfiyeva
Profil:
Şirin Səfiyeva, İnsan Resursları sahəsində fəaliyyət göstərən peşəkar bir mütəxəssisdir. Müxtəlif şirkətlərdə İnsan Resursları üzrə mütəxəssis olaraq çalışaraq geniş təcrübə qazanan Şirin Səfiyeva, işə qəbul, işçi münasibətləri və idarəetməsi, əmək qanunvericiliyi, işçi performansının qiymətləndirilməsi, əmək haqqı və mükafatlandırma sistemlərinin optimallaşdırılması, motivasiya proqramları kimi sahələrdə həm nəzəri, həm də praktiki biliklərə yiyələnmişdir.
Təhsil:
Naxçıvan Dövlət Universitetində Sosiologiya ixtisası üzrə bakalavr təhsili almışdır. Bir çox yerli və beynəlxalq təlim və seminarlarda iştirak edərək İnsan Resursları sahəsində dərin biliklər əldə etmişdir.
Peşəkar Təcrübə:
Şirin Səfiyeva, İnsan Resursları sahəsində 7 ildən çox təcrübəyə malik ixtisaslı İnsan Resursları üzrə mütəxəssisidir. O, işə qəbul, işçi inkişafı, əmək qanunvericiliyi, əmək haqqı sistemləri, işçi performansının qiymətləndirilməsi və təşkilatdaxili əlaqələrin gücləndirilməsi sahələrində geniş təcrübə qazanmışdır. Şirin Səfiyeva, yenilikçi təkliflər irəli sürmək və əməkdaşların inkişafını dəstəkləmək sahəsində ardıcıl təşəbbüslər həyata keçirir. Eyni zamanda, AR Əmək Məcəlləsi və mövcud əmək qanunvericiliyi ilə uyğun olaraq işə qəbul, işdən çıxış, davamiyyət, məzuniyyət, ezamiyyət, intizam tənbehləri və digər əməliyyatları qanunvericiliklə müəyyən olunmuş qaydalara uyğun şəkildə həyata keçirir.
Hazırkı Vəzifəsi:
Hazırda Şirin Səfiyeva, "Alliance Legal Center" şirkətində İnsan Resursları üzrə mütəxəssis vəzifəsini icra edir. Bu vəzifədə, şirkətin İnsan Resursları əməliyyatlarını yüksək səviyyədə həyata keçirməsində yaxından iştirak edir, işə qəbul, kadr inkişafı və təlim proqramlarının təşkilində aktiv iştirak edir.. Peşəkar yanaşması və yüksək iş etikası, şirkətlərin HR əməliyyatlarını daha şəffaf və effektiv şəkildə idarə etmələrinə imkan yaradır.