Ən çox ixrac edən şirkətlərin adları açıqlanıb

2022-ci ilin yanvar-noyabr aylarında qeyri-neft sektoru üzrə həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin renkinqi tərtib edilib.

2022-ci ilin yanvar-noyabr ayları üçün hazırlanmış qeyri-dövlət ixracatçı təşkilatların reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunur: “MKT İştişlat Kommersiya” MMC, “Azerbaijan International Mining Company Limited Company”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “ Rose Servis” MMC, “Almeyva” MMC, Şirinov Elvin Valeh oğlu, “Baku Steel Company” MMC, “Mors Trading” MMC, “P-Agro” MMC, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, “STP Aluminium” MMC.

Qeyri-neft sektorunda ixrac əməliyyatlarında iştirak edən dövlət şirkətlərinin siyahısına Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” rəhbərlik edir. Sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunur: “Socar Polymer” MMC, “Azəralüminium” MMC, “AzerGold” SC, “Azərenerji” ASC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan Hava Yolları” SC, “Azəripak” MMC, “Azərtütün” ASC, “Geofizika və Geologiya İdarəsi”.