Azərbaycanda müstəqil arbitraj mərkəzi – “Bakı Arbitraj Mərkəzi” yaradılıb

Xəbərlər

Azərbaycanda müstəqil arbitraj mərkəzi – “Bakı Arbitraj Mərkəzi” yaradılıb

Azərbaycanda müstəqil arbitraj mərkəzi – “Bakı Arbitraj Mərkəzi” yaradılıb

Azərbaycan Arbitraj Günləri: Bakı Arbitraj Mərkəzi rəsmi fəaliyyətə başladı.

2025-ci il 19 fevral tarixində yaradılan Bakı Arbitraj Mərkəzi (BAM) rəsmi olaraq fəaliyyətə başlayıb. Mərkəz Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb və mərkəz Paris-Est Creteil Universitetinin hüquq professoru, Azərbaycan Arbitraj Assosiasiyasının sədri Professor Kəmalə Mehdiyeva tərəfindən təsis edilib. Mərkəzin açılışı 2025-ci il 24–25 oktyabr tarixlərində keçirilən Azərbaycan Arbitraj Günləri çərçivəsində baş tutub. Beynəlxalq tədbirə 70-dən çox ölkədən nümayəndə və 600-dən artıq iştirakçı qatılıb. Tədbirdə çıxış edən Kəmalə Mehdiyeva bildirib ki, Bakı Arbitraj Mərkəzi beynəlxalq standartlara uyğun şəkildə qurulub və artıq arbitraj qaydaları hazırdır. Ədliyyə naziri Fərid Əhmədov isə vurğulayıb ki, Azərbaycanda beynəlxalq arbitraj sahəsində ixtisaslaşmış yeni nəsil hüquqşünaslar formalaşıb və bu, ölkənin hüquq sisteminin beynəlxalq aləmdə mövqeyini gücləndirəcək. Avropa İttifaqı Şurasının keçmiş prezidenti Şarl Mişel arbitrajı “etimadın, sülhün və hüququn üstünlüyünün simvolu” adlandıraraq onun çevik və şəffaf mübahisə həlli mexanizmi kimi əhəmiyyətini vurğulayıb. Xüsusi Hüququn Unifikasiyası üzrə Beynəlxalq İnstitutun keçmiş prezidenti Maria Chiara Malaguti isə Bakı Arbitraj Mərkəzinin region üçün strateji əhəmiyyət daşıdığını və iqtisadi inteqrasiyanın möhkəmlənməsinə xidmət edəcəyini qeyd edib. Konfrans iştirakçıları yekdilliklə vurğulayıblar ki, Azərbaycan Arbitraj Günləri arbitraj mədəniyyətinin inkişafına, sahibkarlıq mühitinin güclənməsinə və ölkənin beynəlxalq hüquq məkanında mövqeyinin daha da möhkəmlənməsinə təkan verəcək.

ALC Chatbot ilə Söhbət

Salam! 👋
Bu gün sizə necə kömək edə bilərəm?
WhatsApp Logo