1. Mülki Qanunvericilikdə Vərəsəlik Hüququ Anlayışı
Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur.
Vərəsəlik hüququ Azərbaycan Respublikasının mülki qanunvericiliyinin ən çətin və çoxşaxəli sahələrindən biri hesab olunur. Bu səbəbdən də Mülki Məcəllənin tam bir bölməsi (10-cu bölməsi) məhz bu hüquq sahəsinə həsr edilmişdir.
Məcəlləyə əsasən, vərəsəlik – vəfat etmiş şəxsin (miras qoyanın) əmlakının digər şəxslərə (vərəsələrə) keçməsini nəzərdə tutur. Əmlakın vərəsələrə keçməsi iki əsas – qanun üzrə və vəsiyyət üzrə, bəzən isə hər ikisinin birgə tətbiqi ilə mümkündür.
Əgər miras qoyan vəsiyyətnamə tərtib etməmişdirsə, yaxud yazılmış vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılmışdırsa, bu zaman miras qanunvericiliklə müəyyən olunmuş şəxslərə – yəni qanun üzrə vərəsələrə – keçir.
Azərbaycan Respublikası Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən:
1) Qanun üzrə vərəsəlik yalnız o halda tətbiq olunur ki, miras qoyan heç bir vəsiyyət tərtib etməmiş və ya mövcud vəsiyyət etibarsız sayılmış olsun;
2) Vəsiyyətnamə üzrə vərəsəlik miras qoyanın sağlığında öz əmlakının kimə və hansı şərtlərlə keçməli olduğunu şəxsi iradəsi ilə müəyyən etməsini nəzərdə tutur;
Bəzi hallarda isə qanun üzrə vərəsəlik və vəsiyyətnamə üzrə vərəsəlik birlikdə tətbiq oluna bilər (məsələn, mirasın bir hissəsi vəsiyyətlə, digər hissəsi isə qanun üzrə bölüşdürülür).
Mülki Məcəllədə vərəsəlik hüququ bölməsində vərəsələrin dairəsi, onların ardıcıllığı, vərəsəlikdən imtina qaydaları, miras əmlakının idarə olunması və digər əhəmiyyətli məsələlər aydın şəkildə müəyyən edilmişdir.
Azərbaycan Respublikasinda Vərəsəlik Hüququ: Qanunvericilik Və Praktiki Tətbiq Aspektləri
English
Русский
Türkçe
中文