AR Vəkillər Kollegiyasının üzvü, korporativ hüquq sahəsində 6 ildən artıq uğurlu təcrübəyə malik peşəkar hüquqşünasdır. Fəaliyyəti dövründə yerli və beynəlxalq şirkətlərə hüquqi xidmətlər göstərmiş, korporativ idarəetmə, müqavilə hüququ, kommersiya münasibətləri və mülki hüquq sahələrində zəngin praktiki təcrübə qazanmışdır.
Məqsədyönlü strategiyası və biznes yönümlü hüquqi yanaşması ilə biznes subyektlərinin risklərinin minimallaşdırılması və hüquqi təhlükəsizliyinin təmin edilməsində aktiv rol oynayır. Hazırda şirkətdə "Baş hüquqşünas" vəzifəsində çalışır.
Təhsil
Bakı Dövlət Universiteti – Hüquq fakültəsi
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) – MBA, Biznesin idarə olunması və təşkili (İnsan Resurslarının idarə olunması üzrə ixtisaslaşma)
Dil bilikləri: Azərbaycan (Ana dili), İngilis (Peşəkar hüquqi səviyyə), Rus (İşgüzar səviyyə), Türk (İşgüzar səviyyə)