Rəqsanə İsmayılzadə - hüquq sahəsində fəaliyyət göstərən gənc və perspektivli kiçik hüquqşünasdır. O, hüquqi araşdırmalar, rəsmi sənədlərin hazırlanması, korporativ yazışmalar və müxtəlif hüquqi prosedurların icrası istiqamətində fəaliyyət göstərir. Detallara diqqəti, məsuliyyətli və peşəkar yanaşması ona hüquqi məsələlərin operativ və qanunvericiliyin tələblərinə uyğun şəkildə icrasında dəstək verir.
Təhsil
Naxçıvan Dövlət Universiteti – Hüquqşünaslıq ixtisası (bakalavr, 2017–2021)
Sosial idarəetmə və hüquq fakültəsi
Peşəkar maraq sahələri
Korporativ hüquq
Müqavilələrin hazırlanması və hüquqi analiz
Rəsmi yazışmalar və hüquqi sənədləşmə
Miqrasiya hüququ və inzibati prosedurlar
Dil bilikləri
Azərbaycan dili — Ana dili
İngilis dili — İşgüzar səviyyə
Türk dili — Sərbəst ünsiyyət səviyyəsi