Xumar Əliyeva “Alliance Legal Center” (ALC) hüquq şirkətində kiçik hüquqşünas vəzifəsində fəaliyyət göstərir. O, mülki, kommersiya, korporativ, vergi, əqli mülkiyyət və cinayət hüququ sahələri üzrə hüquqi dəstək göstərir. Güclü akademik bazaya, analitik təfəkkürə və dövlət orqanlarında keçdiyi təcrübələr nəticəsində qazandığı ilkin praktiki biliklərə malikdir.
Azərbaycan Respublikasının Ali Məhkəməsində, Səbail Rayon Məhkəməsində və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində keçdiyi təcrübə proqramları çərçivəsində məhkəmə iclas protokollarının və prosessual sənədlərin tərtibi, sübutların ilkin təhlili, vergi nəzarəti mexanizmləri, habelə hüquqi şəxslərin dövlət qeydiyyatı və reyestr əməliyyatları sahəsində praktiki vərdişlərə yiyələnmişdir.
“Alliance Legal Center”-də hüquqi rəylərin hazırlanması, mülki-hüquqi və kommersiya müqavilələrinin tərtibi, eləcə də korporativ sənədləşmənin aparılması proseslərində yaxından iştirak edir. Məsələlərə diqqətli və detallı yanaşması ilə seçilir, mürəkkəb hüquqi araşdırmalarda komandaya operativ dəstək göstərərək müştərilər üçün səmərəli həllərin hazırlanmasına töhfə verir.
Peşəkar fəaliyyəti ilə paralel olaraq, Bakı Dövlət Universitetində «Transmilli cinayət hüququ» ixtisası üzrə magistratura təhsilini davam etdirir. Təhsil aldığı müddətdə müxtəlif hüquq müsabiqələrində, məhkəmə simulyasiyalarında (moot court) və mentorluq proqramlarında fəal iştirak edərək nəzəri biliklərini təcrübi müstəvidə təkmilləşdirmişdir.
İxtisaslaşma və Fəaliyyət İstiqamətləri
Mülki və kommersiya hüququ
Müqavilə hüququ və korporativ sənədləşmə
Mülki-prosessual hüquq
Cinayət və cinayət-prosessual hüquq
Beynəlxalq ümumi hüquq və beynəlxalq sənədləşmə
Korporativ uyğunluq (Compliance) və hüquqi sənədlərin ekspertizası
Təhsil
Bakı Dövlət Universiteti, Hüquq fakültəsi — Transmilli cinayət hüququ üzrə magistratura (davam edir)
Bakı Dövlət Universiteti, Hüquq fakültəsi — Hüquqşünaslıq üzrə bakalavr (LL.B.), 2022–2026
(Fərqlənmə diplomu | ÜOMG: 94.06 / 100)
Dil bilikləri
Azərbaycan dili — Ana dili
İngilis dili — Peşəkar iş səviyyəsi
Rus dili — Peşəkar iş səviyyəsi
Türk dili — Peşəkar iş səviyyəsi
Alman dili — Başlanğıc səviyyə