Aytəkin Tağıyeva
Aytəkin Tağıyeva - Gömrük və Ticarət Uyğunluğu üzrə Menecer

Aytəkin Tağıyeva

Gömrük və Ticarət Uyğunluğu üzrə Menecer

Profil

Aytəkin Tağıyeva Azərbaycan Respublikasının gömrük qanunvericiliyi və beynəlxalq ticarət uyğunluğu ( Trade Compliance) sahəsində ixtisaslaşmış peşəkar ekspertdir. Uzun illər dövlət gömrük orqanlarında məsul vəzifələrdə çalışaraq sahə üzrə dərin praktiki təcrübə və hüquqi bazaya yiyələnmişdir. Daha sonra özəl sektorda fəaliyyətini davam etdirərək, yerli və xarici şirkətlərə gömrük əməliyyatlarının idarə edilməsi üzrə məsləhət xidmətləri təqdim etmiş və bu sahədə təlimçi-ekspert kimi tanınmışdır.
Hazırda Alliance komandasında Gömrük və Ticarət Uyğunluğu üzrə Menecer vəzifəsini icra edən Aytəkin Tağıyeva əsas hədəfi, müştərilərin xarici iqtisadi fəaliyyət (XİF) zamanı qarşılaşa biləcəyi hüquqi və maliyyə risklərini effektiv şəkildə neytrallaşdırmaqdır.

Əsas İxtisaslaşma Sahələri:
• İdxal-ixrac əməliyyatlarının qanunvericiliyə tam uyğunluğunun təmin edilməsi və əməliyyat risklərinin qiymətləndirilməsi.
• Gömrük rəsmiləşdirilmə müddətinin qısaldılması, tarif və qeyri-tarif tənzimləmələri üzrə strateji məsləhətlərin verilməsi.
• Gömrük yoxlamaları, inzibati xətalar və hüquqi mübahisələr zamanı peşəkar nümayəndəlik və müdafiə.
• Malların XİF MN kodlarının düzgün təyini, mənşə qaydaları və gömrük dəyərinin müəyyən edilməsi üzrə rəylərin hazırlanması.

Təhsil:
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) – İqtisadiyyat / Gömrük işinin təşkili.

Sertifikatlar:
Gömrük rəsmiləşdirilməsi üzrə ixtisas şəhadətnaməsi – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi.
WCO (Ümumdünya Gömrük Təşkilatı)– Gömrük qiymətləndirilməsi və qaydaları üzrə texniki sertifikat.
Incoterms® 2020 – Beynəlxalq ticarət şərtləri üzrə ekspert sertifikatı.
Compliance Management Systems (ISO 37301) – Uyğunluq menecmenti üzrə beynəlxalq sertifikat.

Dil Bilikləri:
Azərbaycan (Ana dili)
İngilis (Peşəkar / İşgüzar)
Türk (Sərbəst)







office@alc.az

Baku, Azerbaijan

+994 55 313 00 08

ALC Chatbot ilə Söhbət

Salam! 👋
Bu gün sizə necə kömək edə bilərəm?
WhatsApp Logo