Whatsapp

Nəzrin Bağırova

Profil:
Nəzrin Bağırova, İnsan Resursları (HR) sahəsində geniş təcrübəyə malik olan peşəkar HR Meneceridir. Azərbaycan, Rus, İngilis və Türk dillərini yüksək səviyyədə bilən Nəzrin Bağırova, beynəlxalq mühitdə effektiv ünsiyyət qurma bacarığına sahibdir. Fərqli sektorlarda fəaliyyət göstərən təşkilatlarda HR əməliyyatlarını idarə edərək işə qəbul, işçi münasibətləri və idarəetməsi, əmək qanunvericiliyi, işçi performansının qiymətləndirilməsi, əmək haqqı və mükafatlandırma sistemlərinin optimallaşdırılması, motivasiya proqramları sahələrində həm nəzəri, həm də praktiki biliklər əldə etmişdir.

Təhsil:
Nəzrin Bağırova, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tikinti İqtisadı fakültəsinin Menecment ixtisası üzrə bakalavr təhsilini başa vurmuşdur. Təhsil müddətində qazandığı nəzəri və praktiki biliklər ona idarəetmə sahəsində möhkəm bir təməl yaratmışdır. Hal-hazırda, Türkiyənin İstanbul Universitetində İnsan Resurslarının İdarə Edilməsi üzrə magistratura təhsilini davam etdirir. Eyni zamanda, bir çox yerli və beynəlxalq təlim və seminarlarda iştirak edərək sahə üzrə dərin biliklər əldə etmişdir.

Akademik Fəaliyyət:
Nəzrin Bağırova, peşəkar HR təlimçisi olaraq "Alliance Academy"də təlimlər təşkil edir və bu vasitə ilə tələbələrin və şirkətlərin işçi heyətinin peşəkar inkişafına mühüm töhfələr verir.

Peşəkar Təcrübə:
Nəzrin Bağırova, İnsan Resursları sahəsində 9 ildən artıq təcrübəyə malik yüksək ixtisaslı HR Meneceridir. O, işə qəbul, işçi inkişafı, əmək qanunvericiliyi, əmək haqqı sistemləri, işçi performansının qiymətləndirilməsi və təşkilatdaxili əlaqələrin gücləndirilməsi sahələrində geniş təcrübə qazanmışdır. Nəzrin Bağırova, İR siyasətlərinin, prosedurlarının və müsbət iş mühitinin təşviqinə dair həyata keçirdiyi təşəbbüslər ilə peşəkar uğurlarını yüksəltmişdir.

İnsan Resursları strategiyasının hazırlanması və icrası, işçi münasibətləri, faydalar, siyasətlər və prosedurlar kimi müxtəlif sahələrdə işçilərə peşəkar dəstək verərək şirkətlərdə ümumi iş effektivliyinin artırılmasına nail olmuşdur. Həmçinin, kadr bazasının təşkili və idarə edilməsi sahəsində mühüm yeniliklər və təkmilləşdirmələr həyata keçirmişdir

Nəzrin Bağırova, əməkdaşların performansını qiymətləndirmək və yenilikçi təkliflər irəli sürmək sahəsində ardıcıl təşəbbüslər həyata keçirir. Şirkətin inkişafına yönəlmiş strateji istiqamətləri müəyyənləşdirir, qanunvericilikdəki dəyişiklikləri müvafiq HR proseslərinə inteqrasiya edir və fəaliyyətlə bağlı hesabatları müntəzəm olaraq hazırlayır.

Hazırkı Vəzifəsi:
Hazırda Nəzrin Bağırova, "Alliance Legal Center" şirkətində HR Menecer vəzifəsini icra edir. Bu vəzifədə, şirkətin İnsan Resursları əməliyyatlarını yüksək səviyyədə idarə edir, işə qəbul, kadr inkişafı və təlim proqramlarının təşkilində vacib qərarlar verir. Onun analitik bacarıqları və işçi performansını təhlil etmə sahəsindəki dərin biliyi, şirkətin işçi heyətinin effektivliyini artırmağa kömək edir. Peşəkar yanaşması və yüksək iş etikası, şirkətlərin HR əməliyyatlarını daha şəffaf və effektiv şəkildə idarə etmələrinə imkan yaradır.