MƏHKƏMƏ, ARBITRAJ VƏ ALTERNATİV MÜBAHİSƏLƏRİN HƏLLİ ÜSULLARI

ALC sizə məhkəmə işləri üzrə yüksək keyfiyyətli hüquqi xidmət təklif edir. Komandamız xaricdə və Azərbaycanda təhsil almış təcrübəli hüquqşünaslardan ibarətdir. Biz sizi bütün məhkəmə instansiyalarında, o cümlədən arbitrajda, eləcə də məhkəmədən kənarda təmsil edirik.

Xidmətlərimizə daxildir:

  • Bütün məhkəmə mübahisələri üzrə hüquqi yardım
  • Mübahisələrin alternativ həlli yolları (arbitraj və vasitəçilik).

Bütün hallarda, ALC sizə məhkəmə ilə bağlı risklərdən qaçmağa kömək edir. İstənilən məhkəmə instansiyasında, arbitrajda və digər mübahisələrin həlli mexanizmlərində məsləhət və nümayəndəlik təqdim edərkən kommersiya məqsədlərinizə çatmaqda sizə kömək edirik. Hüquqşünaslarımız mübahisələrinizi vasitəçilik, məhkəmə prosesləri və ya ekspertlər vasitəsilə həll edir.

Biz sizi arbitrajın müsbət və mənfi tərəfləri, mövcud olan müxtəlif coğrafi seçimlər və müxtəlif müqavilələr, tərəflər, yurisdiksiyalar və hüquq sistemləri ilə bağlı vasitəçilik imkanları ilə tanış edirik.